99
Dünya 20 iyun — 11:50

Türkiyədə Yunanıstan adalarına keçməyə hazırlaşan qaçqınlar saxlanılıb

Türkiyə təhlükəsizlik qüvvələri qanunsuz yolla Yunanıstan adalarına keçmək istəyən 114 qaçqını saxlayıb.

Yerli mətbuat xəbər verir ki, qaçqınlar Muğla vilayətinin Fethiye rayonu sahillərində rezin qayıqlara minməyə hazırlaşarkən ələ keçiblər.

Bildirilir ki, Pakistan, Suriya və Əfqanıstan vətəndaşlarından ibarət dəstə Muğladakı Miqrasiya İdarəsinə təhvil veriliblər.

Xəbərlər