164
Dünya 20 iyun — 10:45

ABŞ yaxın şərqə əlavə "Patriot" zenit-raket kompleksləri yollayacaq

ABŞ Müdafiə Nazirliyi Yaxın Şərqə əlavə "Patriot" zenit-raket kompleksləri, pilotsuz uçuş aparatlar və kəşfiyyat məlumatlarının toplanılması üçün təyyarələr göndərəcək.

TASS xəbər verir ki, bu barədə Pentaqonun məlumatında deyilir.

Məlumatda qeyd edilir ki, Müdafiə Nazirliyi ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının istəyi ilə "Patriot" kompleksləri, kəşfiyyat məlumatlarının toplanılması üçün pilotsuz və idarə olunan uçuş aparatları, qırıcı təyyarə, aviasiya dəstəyi üzrə uçuş aparatı göndərəcək:

"ABŞ İranla münaqişə istəmir, lakin biz Yaxın Şərqdə qoşunlarımızı yerləşdiririk və regiondakı maraqlarımızı qorumağa hazırıq".

Xəbərlər