432
Dünya 20 iyun — 01:04

Britaniyanın baş naziri postuna seçkilərin III turu keçirildi

Böyük Britaniyanın Mühafizəkarlar partiyasının lideri və ölkənin baş naziri postu uğrunda yarışda sabiq xarici işlər naziri Boris Conson öndə gedir.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, iyunun 19-da keçirilən səsvermənin üçüncü turunun yekunlarına əsasən, Boris Conson parlament fraksiyasının 143 üzvünün dəstəyini qazanıb. XİN-in başçısı Ceremi Hant 54 səslə ikinci, ətraf mühit naziri Maykl Qouv 51 səslə üçüncü, daxili işlər naziri Sacid Cavid isə 38 səslə dördüncü yerdə gedir.

Fraksiya üzvlərinin yalnız 27-nin səsini yığan beynəlxalq inkişaf naziri Rori Stüart seçki kampaniyasının qaydalarına görə mübarizədən kənarlaşıb. O, namizədlər arasında Britaniyanın Avropa İttifaqında qalmasına tərəfdar olan yeganə şəxs idi.

Səsvermənin növbəti turları cümə axşamı günü baş tutacaq. Bu turlarda namizədlərin sayı iki nəfərədək azalmalıdır. Bunun üçün nə qədər lazım gəlsə, bir o qədər səsvermə keçiriləcək.

Xatırladaq ki, partiyanın yeni liderinin və Böyük Britaniyanın baş nazirinin adı iyulun sonlarında məlum olmalıdır.

Xəbərlər