628
Dünya 19 iyun — 22:17

Zelenskidən sonra Saakaşvili də fontandan keçdi

Gürcüstanın eks-prezidenti və Odessanın keçmiş qubernatoru Mixail Saakaşvili Ukrayna Prezidenti Vladimir Zelenskinin hərəkətini təkrarlayıb.

“Qafqazinfo” xəbər verir ki, Odessada işlək fontanın içindən keçən Saakaşvili əyləncəli anların videosunu “Facebook” səhifəsində paylaşıb. O, videoya “Mariupolda fontanlar yaxşıdır, ancaq Odessada da pis deyil” yazıb.

Xatırladaq ki, ötən həftə Zelenski də Mariupolda fontanın içindən keçmişdi.

Xəbərlər