385
Dünya 19 iyun — 11:40

Erməni kilsəsinin 60 tələbəsi iki yəhudini vəhşicəsinə döydü

İyunun 8-də Yəhudi Şavuot bayramı ərəfəsində erməni kilsəsinin 60 tələbəsi Qüdsün Köhnə şəhərində erməni məhəlləsi ilə gedən iki gənc yəhudiyə hücum edərək vəhşicəsinə döyüblər

Zərərçəkənləri təmsil edən vəkil Xaima Blayker qeyd edib ki, yəhudilərin döyülməsi erməni kilsəsinin tələbələrinə rəhbərlik edən kahinlər onları dayandırana qədər davam edib.

Vəkil Bleyker polisin istintaq və kəşfiyyat şöbəsinə müştərilərin işi üzrə istintaqın tamamlanması üçün məktub göndərib.

Bleyker deyib ki, onları yerə yıxıb təpikləyiblər və üzlərindən vurublar.

Trend bildirir ki, hüquqşünas gənc yəhudilərə hücum etməkdə şübhəli bilinən hər bir şəxsi həbs etməyi və istintaqa cəlb etməyi xahiş edib.

Xəbərlər