311
Dünya 19 iyun — 01:04

Trabzonda 10 nəfəri sel aparıb

İyunun 18-də güclü sel və daşqınlar Türkiyənin müxtəlif bölgələrində ağır faciə və fəsadlar yaradıb.

Ən ağır nəticələr Trabzonda baş verib. Bildirilir ki, bu bölgədə 10 nəfəri sel aparıb. Onlardan 6-sının meyiti tapılıb. Dörd nəfərin axtarışı davam edir. Güclü daşqın axtarış işlərini çətinləşdirib. Vilayət rəhbərliyi hökumətdən xilasedici işlərə əlavə qüvvə, o cümlədən helikopterlər istəyib.

Xəbərlər