165
Dünya 13 iyun — 13:14

Oman körfəzində vurulmuş tankerlərdən 44 dənizçi xilas edildi

İranın xilasetmə xidməti Oman körfəzində torpeda hücumuna məruz qalmış iki tankerdən 44 dənizçini xilas edib.

Virtualaz.org İRNA agentliyinə istinadən xəbər verir ki, Norveçin “Frontline” şirkətinə məxsus tankerdə əsasən Rusiya, Gürcüstan və Filippin vətəndaşları olub. “Verdens Gang” nəşri yazır ki, şəxsi heyətin bütün üzvləri xilas edilib.

“Al Mayadeen”in xəbərinə görə, tanker özü batıb.

İkinci tankerin taleyi barədə məlumat verilmir.

Xəbərlər