298
Dünya 13 iyun — 12:35

Oman körfəzində neft tankerlərinə hücum

13.06

İran Oman körfəsində bu gün hücuma məruz qalmış iki neft tankerinin heyətini xilas edib. Bu haqda İRNA agentliyi bildirir. Qeyd olunur ki, xilasetmədən sonra İran tərəfi 44 dənizçini öz ərazisinə çatdırıb. RİA Novosti hücuma məruz qalan tankerlərdən birinin “Front Altair” olduğunu açıqlayıb. Tankerə İran ərazi sularında hücum edilib. İnsidentlə bağlı Oman İran hakimiyyəti ilə təmasdadır.

***

Oman körfəzində iki neft tankerinə hücum baş verib.

Virtualaz.org “Reuters”ə istinadən xəbər verir ki, tankerlərdən birinin göyərtəsində rusiyalılar ola bilər. Habelə agentlik Tayvanın CPC şirkəti tərəfindən fraxtə edilmiş tankerə torpeda dəydiyini bildirir.

ABŞ Hərbi Dəniz Qüvvələrinin regiondakı Beşinci donanması tankerlərə hücum barədə məlumatlıdır, amma detallı informasiya əldə edə bilməyib.

Xatırladaq ki, mayın 13-də Səudiyyə Ərəbistanı bu ölkəyə aid iki neft tankerinin Birləşmiş Ərəb Əmirliklərinin Fuceyra əmirliyi sahillərində hücuma məruz qaldığını açıqlayıb. Həmin rayonda daha iki tankerə hücum edilib. Bir neçə gün sonra ABŞ və Səudiyyə Ərəbistanı rəhbərliyi bu hücumların İran tərəfindən həyata keçirildiyini açıqlamışdı. İran iddiaları təkzib edir.

Virtualaz.org

Xəbərlər