102
Dünya 13 iyun — 10:12

Çin lideri Qırğızıstana dövlət səfərinə gedib

Çin Xalq Respublikasının sədri Si Cinpin Qırğızıstanın paytaxtı Bişkekə dövlət səfərinə gəlib.

Bu barədə Qırğızıstan prezidenti Sooronbay Jeenbekovun mətbuat xidmətindən bildiriblər.

Məlumatda deyilir: "Çin Xalq Respublikasının sədri Si Cinpin Qırğız Respublikasına dövlət səfərinə gəlib".

Qeyd edilir ki, Manas beynəlxalq hava limanında Si Cinpini Qırğızıstanın prezidenti Sooronbay Jeenbekov qarşılayıb: "Səfər çərçivəsində ÇXR sədri Si Cinpin prezident Sooronbay Jeenbekov ilə geniş tərkibdə görüş keçirəcək. Görüşün yekunları üzrə bir sıra ikitərəfli sənəd imzalanacaq".(Trend)

Xəbərlər