131
Dünya 12 iyun — 19:46

Sudanda növbəti çevriliş cəhdi

Sudanda növbəti hərbi çevriliş cəhdinin qarşısı alınıb.

Xəbəri "Al-Arabia" telekanalı yayıb.

Məlumata görə, Sudanda Keçid Hərbi Şuraya qarşı çevriliş cəhdinin qarşısı alınıb və 68 zabit saxlanılıb.

“Report” xatırladır ki, dörd aylıq xalq etirazları fonunda aprelin 11-də Sudanda hərbi çevriliş olub. Prezident Ömər əl-Bəşir hakimiyyətdən uzaqlaşdırılıb, ardından həbsxanaya salınıb. Hakimiyyəti ordu tərəfindən yaradılan Keçid Hərbi Şura əlinə alıb. Onlar iki il ərzində hakimiyyəti seçilmiş hökumətə ötürəcəklərini açıqlayıblar.

Xəbərlər