100
Dünya 12 iyun — 12:30

Terrorçularla atışmada iki Türkiyə hərbçisi şəhid oldu

Türkiyənin Tunceli bölgəsi ətrafında keçirilən antiterror əməliyyatı zamanı 2 hərbçi şəhid olub, 2-si yaralanıb.

Türkiyənin NTV telekanalı xəbər verir ki, məlumatı təhlükəsizlik orqanları yayıb.

Bildirilib ki, təhlükəsizlik qüvvələrinin terrorçulara “Təslim olun” xəbərdarlıqlarına qarşı tərəf atəşlə cavab verib. Nəticədə 4 hərbçi yaralanıb. Onlar Tunceli dövlət xəstəxanasına aparılıblar. Yaralılardan ikisi hospitalda vəfat edib.

Xəbərlər