78
Dünya 12 iyun — 10:53

32 venesuelalı mühacir olan qayıq dənizdə yoxa çıxdı

Göyərtəsində 32 venesuelalı mühacir olan qayıq Karib dənizində yoxa çıxıb.

TASS xəbər verir ki, bunu Venesuela parlamentinin deputatı Luis Stefanelli bildirib.

Onun sözlərinə görə, qayıq iyunun 7-də dənizə çıxıb, indiyədək onun göyərtəsindəkilərin heç biri yaxınları ilə əlaqə saxlamayıb: “Böyük ehtimalla faciə baş verib”.

Bildirilib ki, onlar Kürasao ada dövlətinə getmək istəyiblər.

Hadisə ilə bağlı rəsmi açıqlama hələlik verilməyib.

Bir müddət əvvəl Karib dənizində göyərtəsində venesuelalı mühacirlər olan azı iki qayığın batdığı barədə məlumat yayılmışdı.

Xəbərlər