129
Dünya 30 may — 11:02

Ukraynada hərbi helikopter qəzaya uğradı

Ukraynanın Rovenskaya vilayətinin Radivilovsk rayonunun Sestryatin kəndi yaxınlığında Mİ-8 hərbi helikopteri qəzaya uğrayıb.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, bu barədə Ukraynanın Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilir ki, hadisə zamanı dörd ekipaj üzvü və komandir həlak olub: “Qəza zamanı ekipajın dörd üzvü və Ukrayna Silahlı Qüvvələri Quru Qoşunlarının aviasiya briqadasının 16-cı bölməsinin komandiri ölüb”.

Helikopterlə əlaqə mayın 29-u yerli vaxtla 23:27-də kəsilib.

Hazırda qəza yerində xilasedici xidmətin və hüquq-mühafizə orqanlarının əməkdaşları işləyir, həmçinin, qəzanın səbəblərini araşdırmaq üçün Müdafiə Nazirliyinin, Baş Qərargahın və Quru Qoşunlarının nümayəndələrindən ibarət komissiya da bölgəyə yola düşüb.

Hadisənin səbəbləri araşdırılır.

Xəbərlər