579
Dünya 29 may — 17:20

Saakaşvilinin Ukrayna pasportu özünə qaytarıldı

Gürcüstanın keçmiş Prezidenti, Ukraynanın Odessa vilayətinin sabiq qubernatoru Mixail Saakaşviliyə Ukrayna pasportu geri qaytarılıb.

Virtualaz.org bildirir ki, bununla bağlı sosial şəbəkədə Saakaşvili özü məlumat paylaşıb.

“Ukraynanın Varşavadakı gözəl konsulu mənə Ukraynaya qayıtmaq üçün pasportumu qaytarıb. İndi isə aeroporta, oradan isə Kiyevə!”.

Qeyd edək ki, dünən Ukraynanın yeni seçilmiş Prezidenti Vladimir Zelenski Saakaşviliyə Ukrayna vətəndaşlığını qaytarıb.

Onu da xatırladaq ki, M.Saakaşvili Ukrayna vətəndaşlığından 2017-ci il iyulun 26-da çıxarılmışdı. Bununla bağlı fərmanı o vaxt Ukraynanın Prezidenti olan Petro Poroşenko imzalamışdı.

Xəbərlər