586
Dünya 24 may — 01:58

Ruhani: "İran bombardmana məruz qalsa belə, təslim olmayacaq"

İran bombardmana məruz qalsa belə, təslim olmayacaq.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, bunu ölkənin prezidenti Həsən Ruhani ABŞ-la yaranan hərbi gərginlik fonunda deyib.

Prezident bildirib ki, bu gün İran üçün sarsılmazlıq vacibdir: "Düşmən anlamalıdır ki, qəlbimizdə ümidsizlik və çarəsizliyə yer yoxdur".

Ruhani əlavə edib ki, İran bombalanmaya məruz qalsa belə, iranlılar yenə də müstəqillik hədəfindən vaz keçməyəcəklər.

Prezidentin sözlərinə görə, ölkəsi iqtisadi müharibə yaşayır: “İraq savaşı”nda hərbi təzyiq və hücumlarla torpaqlarımız işğal edildi. Bu gün isə iqtisadi savaşla xalqın rifahı və dincliyi hədəfə alınır. Ancaq İran düşməni iqtisadi savaşına görə peşman edəcək”.

Xəbərlər