213
Dünya 22 may — 18:08

Tramp İrlandiyaya səfəri zamanı oğullarına məxsus oteldə qalacaq

ABŞ Prezidenti Donald Tramp İrlandiyaya səfəri zamanı öz oğullarına məxsus oteldə qalacaq.

D.Trampın səfəri iyunun 5-də başlayacaq.

İkigünlük səfəri müddətində o, “Trump International Golf Links and Hotel” kompleksində qalacaq.

Trend xatırladır ki, 218 otaqdan ibarət olan otel və qolf kompleksini Donald Tramp 2014-cü ildə 15 milyon dollara əldə etmişdi. O, prezident seçildikdən sonra kompleks onun oğulları Erik və Donaldın mülkiyyətinə keçib.

Xəbərlər