100
Dünya 19 may — 11:00

Fransada “sarı jiletlilər” etiraz aksiyasının 27-ci aktı keçirildi

Fransada “Sarı jiletlilər”in etiraz aksiyasının 27-ci aktı keçirilib.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, Daxili İşlər Nazirliyi aksiyada 15 500 nəfərin iştirak etdiyi barədə xəbər yayıb. “Sarı jiletlilər”in hesablamasına görə isə nümayişçilərin sayı 40 mindən çox olub.

“Sarı jiletlilər” etiraz nümayişinin 27-ci aktının episentri Nansi və Reyms şəhərləri olub. Polis və nümayişçilər arasında qarşıdurmada yaşanıb, polis gözyaşardıcı qazdan və dəyənəkdən istifadə edib.

Aksiyası zamanı azı 14 polis əməkdaşının xəsarətaldığı bildirilir.

Xəbərlər