431
Dünya 18 may — 23:31

CAR-da Arnold Şvartseneggerə hücum edilib

Tanınmış aktyor, ABŞ-ın Kaliforniya ştatının keçmiş qubernatoru Arnold Şvartseneggerə hücum edilib.

Hadisə Cənubi Afrika Respublikasında bodibildinq üzrə keçirilən "Arnold Klassik" yarışında baş verib.

Belə ki, naməlum şəxs qaçaraq tullanıb və ayaqları ilə aktyorun kürəyinə zərbə endirib. Şvartsenegger aldığı zərbədən yıxılıb.

Hücum edən şəxs mühafizə xidmətinin əməkdaşı tərəfindən saxlanılıb. 

Aktyor hadisə zamanı xəsarət almayıb. O, bir neçə dəqiqədən sonra öz yerinə qayıdıb və seyrçilərlə ünsiyyətini davam ertdirib. 

Xəbərlər