106
Dünya 16 may — 11:48

Gürcüstana ən çox səfər edənlər Azərbaycan vətəndaşlarıdır

Bu ilin ilk dörd ayı ərzində Gürcüstana 2,2 milyon xarici vətəndaş səfər edib. Bu barədə Gürcüstanın Milli Turizm Administrasiyası məlumat verib.

Qeyd olunur ki, bunlardan 1,9 milyon nəfəri turist qismində səfər edib.

Bu müddət ərzində ölkəyə səfər edənlər arasında Azərbaycan vətəndaşları birinci yerdə qərarlaşıb.

Dörd ay ərzində Azərbaycandan Gürcüstana 400 min nəfər səfər edib ki, bununla da ölkə birinci yerdə qərarlaşıb. İkinci yerdə Rusiya vətəndaşları qərarlaşıb. (Trend)

Xəbərlər