363
Dünya 16 may — 10:43

Zibil dolu gəmi iki ölkə arasında diplomatik qalmaqala səbəb oldu

Filippin Kanadadakı səfir və konsullarını geri çağırıb. Trend-in məlumatına görə, buna səbəb Kanada 2013-cü ildə qanunsuz olaraq Filippin ərazisinə atdığı zibilləri geri daşımaqdan imtina etməsi olub.

Filippin Xarici İşlər Nazirliyi bəyan edib ki, Kanadadakı səfir və konsulların geri çağırılması barədə artıq məktub göndərilib və diplomatlar 1 gün sonra vətəndə olacaqlar.

XİN bəyan edib ki, Kandanın zibilləri yüklənmiş gəmi Filippin sahillərindən uzaqlaşmayana qədər bu belə davam edəcək.

Xəbərlər