140
Dünya 15 may — 23:54

BMT-nin Baş katibi Fars körfəzində artan gərginliklərdən narahatdır

BMT-nin Baş katibi Antonio Quttereş Fars körfəzindəki son hadisələrə görə dərindən narahatdır.

Trend-in məlumatına görə, bu barədə jurnalistlərə onun rəsmi nümayəndəsi Stefan Dyujarrik deyib.

S.Dyujarrik qeyd edib ki, Baş katib artan narahatlığı ilə Körfəz bölgəsindəki son hadisələri izləyir.

Baş katib xüsusilə Birləşmiş Ərəb Əmirliklərinin sahillərində tacir gəmilərinə edilən son hücumları pisləyib, faktları təsbit etmək və cavabdehləri məsuliyyətə cəlb etmək üçün gələcək istintaqa ehtiyac olduğunu vurğulayıb.

Xəbərlər