759
Dünya 26 aprel — 12:57

Mərkəzi Kəşfiyyat İdarəsi agentinin iş masası

ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) “İnstagram”da hesab açıb. Səhifədə yerləşdirilmiş ilk şəkildə idarənin əməkdaşının iş masasının təsviri verilib.

Virtualaz.org CNN-ə istinadən xəbər verir ki, masanın üstündə Rusiyanın, Çinin və İranın xəritələrinin olduğu nəzərə çarpır.

Eyni zamanda, kadra üzərində “tamamilə məxfi” qeydi yazılmış kağız paket, parik və MKİ-nin direktoru Cina Haspelə aid ola biləcək vəsiqə düşüb. Bundan əlavə, 8:46-nı göstərən saat görünür. Xatırladaq ki, Nyu-Yorkda əkiz qüllələrə terrorçular tərəfindən idarə olunan təyyarələr 2001-ci ilin sentyabr ayının 11-də məhz həmin vaxt çırpılmışdı.

Посмотреть эту публикацию в Instagram

I spy with my little eye...

Публикация от Central Intelligence Agency (@cia) 25 Апр 2019 в 7:34 PDT

Xəbərlər