415
Dünya 26 aprel — 11:05

İstanbulda 200-dən çox hərbçi tutuldu

Türkiyədə FETÖ (Fəthulllah Gülən hərəkatı) terror hərəkatı ilə mübarizə çərçivəsində İstanbulda 210 hərbçi saxlanılıb.

Yerli mətbuat yazır ki, saxlanılanlar arasında 5 polkovnik, 7 polkovnik-leytenant, 14 mayor və 33 kapitan da var.

Son 7 ay ərzində FETÖ ilə mübarizə çərçivəsində Türkiyə Silahlı Qüvvələrinın sıralarından 1076 hərbi qulluqçu xaric edilib.

Qeyd edək ki, Fəthullah Gülən və tərəfdarları Türkiyədə dövlət çevrilişinə cəhddə ittiham olunur.

Xəbərlər