255
Dünya 24 aprel — 00:11

Misir prezidentinin fəaliyyət müddəti uzadıldı

Misirdə keçirilən ümumxalq referendumunda seçicilər səs çoxluğu ilə ölkə konstitusiyasına düzəlişlərin edilməsini dəstəkləyiblər. Dəyişikliklərdən biri hazırkı dövlət başçısı Əbdül Fəttah Əs-Sisinin prezidentlik müddətinin uzadılmasını nəzərdə tutur.

RİA "Novosti" xəbər verir ki, bunu Seçki Komissiyasının sədri Lyaşin İbrahim deyib.

"Düzəlişlərə seçicilərin 88,33% səs verib. Seçkilərdə iştirak 44,33% təşkil edib", - deyə komissiya sədri Qahirədə keçirilən mətbuat konfransında bildirib.

Bazar ertəsi Misirdə ölkə konstitusiyasına hazırkı dövlət başçısı Əs-Sisiyə 2030-cu ilədək öz postunda qalmaq və səlahiyyətlərini genişləndirmək imkanı verən düzəlişlərin edilməsi üzrə səsvermə başa çatıb.

Düzəlişlər ümumxalq referendumunun nəticələri elan olunduqdan dərhal sonra qüvvəyə minir.

Beləliklə, indi Misirdə prezidentlik müddəti 4 ildən 6 ilə qədər artırılmış olub.

Xəbərlər