458
Dünya 23 aprel — 23:13

Ərdoğan HDP-li deputatların “İstiqlal marşı”nı oxumamasına etiraz edib

Türkiyə Böyük Millət Məclisinin (TBMM) fəaliyyətə başlamasının 99-cu ildönümü münasibəti TBMM-də rəsmi qəbul və xüsusi iclas təşkil olunub.

Prezident Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə keçirilən iclasda Xalqların Demokratik Partiyasını (HDP) təmsil edən deputatlar Türkiyənin “İstiqlal” marşını oxumayıblar.

Xalqların Demokratik Partiyasının deputatlarının dövlət himnini oxumamalarına etiraz edən Prezident Rəcəb Tayyib Ərdoğan HDP-nin həmsədri Pervin Buldan çıxışa başlayarkən iclas salonunu tərk edib.

Xəbərlər