117
Dünya 23 aprel — 19:50

CAR-da torpaq sürüşməsi

Cənubi Afrika Respublikasının şərqindəki Kvazulu-Natal əyalətində leysan yağışları torpaq sürüşməsinə səbəb olub.

Trend bildirir ki, nəticədə azı 5 nəfər həlak olub, onlardan ikisi uşaqdır.

Hadisə nəticəsində bir neçə ev tamamilə dağılıb.

Sürüşmə zonasında axtarış işləri aparılır.

Bölgədə yaşayan sakinlərə ehtiyatlı olmaq çağırışı edilib.

Xəbərlər