160
Dünya 23 aprel — 18:26

Kraliça II Elizabet Trampı Britaniyaya dəvət etdi

Böyük Britaniyanın Kraliçası II Elizabet ABŞ Prezidenti Donald Trampın Krallığa dövlət səfəri etmək dəvətini qəbul etdiyini bildirib.

Bukingem Sarayından "Reuters"ə verilən məlumata görə, Kraliça Prezident və həyat yoldaşını iyunun 3-dən 5-dək Böyük Britaniyaya dəvət edib və ABŞ lideri dəvəti qəbul edib.

Saray Trampın Britaniyaya üçgünlük səfər edəcəyini təsdiqləyib.

“Report” bildirir ki, səfərin proqramı və digər detalları barədə sonra məlumat veriləcək.

Xəbərlər