155
Dünya 16 aprel — 10:55

İstanbulda polis xüsusi əməliyyat keçirdi, 150-dən çox şəxs saxlanıldı

İstanbulda xüsusi əməliyyat keçirilib. Yerli mətbuatın yazdığına görə, narkotik alverçilərinə qarşı keçirilən əməliyyat zamanı 150-dən çox şəxs saxlanılıb.

Qeyd olunur ki, əməliyyat 100 ünvan üzrə keçirilib. Əməliyyat çərçivəsində müsadirə olunan narkotik vasitələrlə yanaşı, odlu silahlar da aşkar edildiyi bildirilir.

Qeyd edək ki, sonuncu dəfə belə genişmiqyaslı əməliyyat Ankarada keçirilmişdi ki, həmin vaxt 241 nəfər saxlanılmışdı.

Xəbərlər