561
Dünya 16 aprel — 01:19

Paris Notr-Dam kilsəsində yanğın baş verib

Fransa paytaxtındakı Notr-Dam-de-Pari kilsəsinin yanğından sonra bərpası mümkün olmaya bilər.

Bu barədə Fransa Daxili İşlər Nazirliyinin məlumatında deyilir.

Bildirilir ki, hazırda binada baş verən yanğını söndürmək mümkün deyil. Yanğın nəticəsində XII əsrə aid kilsənin ən hündür qülləsi və damı uçub.

*   *   *22:36 (15.04.2019)

Fransa paytaxtında yerləşən XII əsrə aid Paris Notr-Dam kilsəsinda (Notr-Dam de Paris) yanğın baş verib.

Alov kilsə qüllələrindən birini əhatə edib.

Yanğın nəticəsində kilsə üzərindəki uzun qüllənin bir hissəsi aşıb, həmçinin məbədin saatı yanaraq məhv olub.

Yanğının səbəbi hələ ki, məlum deyil.

Hazırda Avropanın ən çox turist gələn bu tarixi abidəsinin məhz yanan hissəsində təmir işləri gedir.

Hadisə nəticəsində zərər çəkənlərin olması barədə məlumat yoxdur.

Xəbərlər