75
Dünya 15 aprel — 15:14

Pakistanda qum fırtınasında 3 nəfər öldü

Pakistanın cənubundakı Kəraçi liman şəhərini cənginə alan güclü qum fırtınası nəticəsində 3 nəfər, o cümlədən 2 uşaq ölüb, 20 nəfər isə xəsarət alıb. Bu barədə TASS məlumat yayıb.

Kişi ağacın üzərinə düşməsi nəticəsində ölüb. Uşaqların ölümünə dair məlumat dəqiqləşdirilmir. Əlverişsiz hava şəraiti səbəbindən səkkiz balıqçı itkin düşüb, onların qayıqları Kəraçi sahillərində çevrilib.

Hava şəraitinin pis olması səbəbindən Karaçi şəhərində yerləşən beynəlxalq hava limanından bir neçə reys təxirə salınıb.

Xəbərlər