323
Dünya 16 mart — 11:40

Türkiyədə yenə azərbaycanlı qadınlar tutuldu

Türkiyənin Amasya bölgəsinin Merzifon ilçəsində “misafir” (“qonaq”) kod adı altında fahişəliklə məşğul olan şəxslərə qarşı əməliyyat keçirilib.

Virtualaz.org Türkiyə KİV-nə istinadən xəbər verir ki, Merzifonun müxtəlif məhəllələrində, 11 evdə həyata keçirilən əməliyyat zamanı 19 nəfər saxlanılıb. Bunlardan 7 nəfərinin ölkəyə qeyri-qanuni yollarla gələn Azərbaycan, Qırğızıstan, Gürcüstan və Özbəkistan əsilli qadınlar olduğu məlum olub.

Merzifon Təhlükəsizlik Xidməti əməkdaşlarının “fahişəliyə məcbur etmə, vasitəçilik və yerlə təmin etmə” maddələri üzrə saxlanılan şübhəlilərdən 6-sı məhkəmə qərarı ilə azad edilib. 5 nəfər həbs olunub, biri isə məhkəmə nəzarəti altında sərbəst buraxılıb.

Virtualaz.org

Xəbərlər