297
Dünya 16 mart — 00:23

ABŞ Rusiyaya qarşı sanksiyaları genişləndirdi

ABŞ-ın Maliyyə Nazirliyi Ukrayna böhranı ilə əlaqədar Rusiyaya qarşı sanksiyaların siyahısını genişləndirib.

RİA Novosti xəbər verir ki, yeni qərara əsasən, sanksiya siyahısına Rusiyanın Sərhəd Xidmətinin rəis müavini, Federal Təhlükəsizlik Xidmətinin (FTX) Krım və Sevastopolda sərhəd idarəsinin rəisi və rəis müavini, eləcə də, FTX-nin Krım və Sevastopoldakı idarəetmə məntəqəsi rəisinin adları daxil edilib.

Bundan əlavə, 8 müəssisə ABŞ-ın "qara siyahı"sına salınıb.

Xəbərlər