133
Dünya 15 mart — 17:07

Ermənistan polisi vətəndaşların telefonlarını dinləyəcək

Ermənistan Polisinə vətəndaşların gündəlik telefon söhbətlərini dinləmək hüququ veriləcək.

“Jamanak” qəzeti xəbər verir ki, Ermənistan baş naziri Nikol Paşinyanın lideri olduğu “Mənim addımım” fraksiyasının deputatı, Yol Polisinin keçmiş əməkdaşı Armen Xaçatryan “Operativ-axtarış fəaliyyəti haqqında” qanuna dəyişiklik edilməsi təşəbbüsü ilə çıxış edib.

Hazırda qüvvədə olan qanunvericiliyə görə, telefon söhbətlərinin dinlənilməsi hüququna müstəsna olaraq yalnız Ermənistanın Milli Təhlükəsizlik Xidməti malikdir. Lakin deputat tələb edib ki, eyni səlahiyyət Ermənistan Polisinə də verilsin.

“Niyə məhz təkcə telefonların dinlənilməsi hüququ? Polisə həm də vergi yığılması, tibbi xidmətin göstərilməsi və bir sıra digər səlahiyyətləri də vermək olardı”, – deyə nəşr ironiya ilə vurğulayıb.

Qeyd olunur ki, Ermənistan Polisinin vətəndaşların telefonunu dinləməsi ənənəsini ilk dəfə ötən ilin dekabrındakı parlament seçkiləri zamanı Nikol Paşinyan gətirib. İndi də açıq şəkildə bunu qanuniləşdirmək istəyirlər. Lakin belə bir addım xalqın Paşinyana olan etimadının daha da azalmasına gətirib çıxaracaq. Çünki belə bir addım insan hüquqlarının pozulmasi ilə yanaşı, həm də hakimiyyətin xalqdan qorxması anlamına gəlir.(azvision.az)

Xəbərlər