264
Dünya 15 mart — 12:00

ABŞ-a hücum edəcəyi ehtimal olunan ölkələr

ABŞ Dövlət Departamentinin siyasi planlaşdırma şöbəsinin direktoru Kiron Skinner 50-dən çox ölkənin ABŞ-a hücum etmə ehtimalının olduğunu dilə gətirib.

Lenta.ru-nun məlumatına görə, bu barədə o, cümə axşamı Vaşinqtonda Mərkəzi Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin binasında açıqlama verib.

K.Skinner XX əsrin sonunda baş verən geosiyasi dəyişikliklər barədə düşünməyə çağırıb. Onun sözlərinə görə, ABŞ əvvəllər ölkəyə zərbə endirə biləcək yalnız iki beynəlxalq arena oyunçusuna görə narahat idi.

“Çinin nüvə silahı olsa da, rəqib deyildi, belə ki, soyuq müharibədən qalib ayrılmağa çalışırdı və kənarda dayanırdı. Biz isə həmin vaxt əsas diqqəti SSRİ ilə rəqabətə ayırırdıq”, - deyə K.Skinner bildirib.

Amerikalı rəsmi habelə əmin edir ki, hazırda Vaşinqtona güclü zərbə endirə biləcək ölkələrin sayı 50-dən çoxdur, bu isə ABŞ administrasiyasının ciddi narahatlığına səbəb olub. Onun sözlərinə görə, söhbət təkcə “fiziki” zərbədən getmir. Amerikanın düşmənləri ölkəyə kibermüharibə, iqtisadi müharibə, informasiya müharibəsi yolu ilə də zərər vura bilərlər.

Xəbərlər