2027
Dünya 15 mart — 12:35

Məsciddə qətliam törədənlərdən biri Ərdoğanı da öldürməyə çağırır

Yeni Zelandiya polisinin məlumatına görə, terror aktlarının törədilməsində şübhəli bilinən Brenton Tarrant və daha üç nəfər tutulub, başqa terrorçuların axtarışı aparılmır.

Sabah saxlanılarlar məhkəmə qarşısına çıxarılacaqlar.

Brenton Tarrant

*   *   *12:32

Yeni Zelandiya polisinin verdiyi son məlumata görə, məscidlərə hücumlar nəticəsində ölənlərin sayı 49 nəfərə çatıb.

*   *   *11:00

Yeni Zelandiyanın Kraystçeç şəhərində silahlı şəxslərin məscidə basqını nəticəsində ölənlərin sayı 40-a çatıb.  Bu məlumatı baş nazir açıqlayıb.

Virtualaz.org xarici KİV-lərə istinadən xəbər verir ki, ilkin versiyaya görə terror aktı islamofobiya və ksenofobiya zəminində törədilib.

Şəhərin polis komissarı Mayk Buş bildirib ki, atışmadan sonra məscidin yaxınlığında park edilmiş maşınlarda bir neçə əldəqayırma partlayıcı maddə tapılıb, onlar zərərsizləşdirilib.

Silahlılar “Əl-Nur” və onunla qonşuluqda yerləşən Linvud məscidlərinə günorta namazından sonra basqın ediblər.  Atəş açanlardan birinin kimliyi məlumdur. Bu, 28 yaşlı avtstraliyalı Brenton Tarrantdır, ultrasağçıdır. Hücum ərəfəsində o sosial şəbəkələrdə yaydığı manifestində Almaniyanın kansleri Angela Merkeli və Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğanı da qətlə yetirməyə çağırır.

Həmin şəxs məsciddəkiləri necə gülləbaran etdiyini videoya çəkib, avtomatın qundağında isə “Avropa sivilizasiyasının formalaşmasının mühüm məqamlarının” tarixlərini yazıb. Bunlardan biri 1770-ci ildə rus-türk müharibəsi zamanı baş vermiş Kaqule döyüşüdür.

Qundaqda Miloş Obiliçin də adı göstərilir. O, 1389-cu il iyunun 15-də Kosovo çölündə serblərlə türklər arasında döyüşlər zamanı türk sultanı Muradı öldürən serbdir.

*   *   *09:12

Bu gün Bakı vaxtı ilə səhər satlarında dünyanın ən firəvan və nadir hallarda qətl törədilən ölkəsi Yeni Zelandiyada dəhşətli qətliam baş verib.

Virtualaz.org xarici KİV-lərə istinadən xəbər verir ki, Krraystçerç şəhərində silahlılar bir-birinin ardınca iki məscidə basqın edərək qarşılarına keçənlərə atəş açıblar. Nəticədə onlarla adam ölüb və yaralanıb.

Xəbər verilir ki, silahlılar atəş açmağa başlayanda məscidlərdən birində 300-ə yaxın adam olub. Həmin məsciddə azı 27 nəfər ölüb, 30-dan çox adam yaralanıb. Ölənlərin sayının artması istisna deyil.

Şəhərin polis komissarı Maykl Buş terror aktı ilə bağlı üç kişi və bir qadının tutulduğunu açıqlayıb.

Silahlılardan biri öz hərəkətlərini mobil telefonla çəkib və sosial şəbəkələr üzərindən internetə translasiya edib. Həmin şəxs ultrasağçı baxışlı Avstraliya vətəndaşı olduğu bildirilir.

“New Zealand Herald” bildirir ki, qətliamdan əvvəl həmin şəxs 37 səhifəlik manifest yayıb və öz hərəkətlərini terror aktı adlandırıb.

Bildirilir ki, azı iki silahlı məscidə günorta namazından sonra basqın edib və rast gələ atəş açıb. Yaralıların aparıldığı xəstəxananın ətrafında da atəş səsləri eşidilib. Hakimiyyət orqanları əhalini küçələrə çıxmamağa çağırır. Baş nazir Casinda Ardren baş verənləri ölkə tarixində ən qara günlərdən biri adlandırıb. Xəbər yenilənəcək.

Virtualaz.org

Xəbərlər