188
Dünya 15 mart — 00:43

Dövlət Departamenti amerikalıları Venesuelanı tərk etməyə çağırıb

Dövlət Departamenti rəsmi nümayəndəsinin müavini Robert Palladinobildirib ki, ABŞ öz vətəndaşlarına Venesueladan çıxmağı tövsiyə edir.

RİA "Novosti" xəbər verir ki, məlumata görə, amerikalılar ABŞ diplomatları respublika ərazisini tərk etdikləri üçün Venesueladan getməlidirlər.

O həmçinin əlavə edib ki, indi Amerika diplomatik nümayəndəliyi Venesueladakı ABŞ vətəndaşlarına konsulluq dəstəyi göstərə bilməyəcək.

 

Xəbərlər