310
Dünya 14 mart — 21:08

Xaşoginin qətlində şübhəli sayılan 20 nəfər İnterpol xətti ilə axtarışa verildi

İnterpol Səudiyyə Ərəbistanının 20 təbəəsinin həbsinə dair order verib.

“Daily Sabah” nəşri yazır ki, onlar bu ölkənin İstanbuldakı Baş Konsulluğunda ötən ilin oktyabr ayında jurnalist Camal Xaşoginin qətlində günahlandırılır.

Həmin “qırmızı bildiriş”lər qətl planını həyata keçirmək üçün Səudiyyə Ərəbistanından İstanbula gəldiyi bildirilən xüsusi qrupun üzvləri ilə bağlı verilib.

Qeyd edək ki, tanınmış müxalifətçi ərəb jurnalist, “Washington Post” qəzetinin müxbiri Camal Xaşogi oktyabrın 2-də Səudiyyə Ərəbistanının İstanbuldakı Baş Konsulluğuna gedib, orada öldürülüb.

Xəbərlər