140
Dünya 14 mart — 17:50

Aİ Türkiyədəki Suriya qaçqınlarına qrant ayıracaq

Avropa İttifaqının (Aİ) xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Federika Moqerini bəyan edib ki, Aİ Türkiyədəki Suriya qaçqınlarına 1,5 milyard avro qrant ayıracaq.

Anadolu agentliyi xəbər verir ki, Moqerini deyib: “Bildirmək istəyirəm ki, biz Türkiyədəki Suriya qaçqınlarına ayrılması nəzərdə tutulan 3 milyard avro qrantın 1,5 milyardını transfer edəcəyik”.

Aİ və BMT-nin himayəsi ilə Suriya böhranına həsr olunmuş konfransda çıxış edən Aİ-nin ali komissarı vurğulayıb ki, bu ölkədəki böhranı hərbi deyil, siyasi yolla həll etmək mümkündür. O, Türkiyənin ən çox – 3,5 milyon suriyalı qaçqına sığınacaq verdiyini də diqqətə çatdırıb.

Konfransda qeyd olunub ki, Suriyada vətəndaş müharibəsinin başlandığı 2011-ci ilin əvvəlindən bəri yüz minlərlə insan öldürülüb və 10 milyondan çox suriyalı öz torpaqlarını tərk etməyə məcbur olub.

Xəbərlər