173
Dünya 14 mart — 17:07

Moldova prezidenti virtualaz.org-a açıqlama verdi

Moldova prezidenti İqor Dodon virtualaz.org-a eksklüziv açıqlamasında Demokratiya və İqtisadi İnkişaf naminə Təşkilatın (GUAM) gələcəyinə münasibət bildirib və Moldovada keçirilmiş parlament seçkilərinin nəticələrini şərh edib.

Qeyd edək ki, Moldova lideri VII Qlobal Forumda iştirak etmək üçün Bakıya gəlib.

Moldova liderinin sözlərinə görə, "son zamanlar biz GUAM-ın reanimasiyasını görürük. Moldova, Azərbaycan kimi, bu təşkilatın işində fəal iştirak edir. Amma Moldova üçün əsas odur ki, GUAM-ın fəaliyyəti kiməsə qarşı yönəldilməsin.

“O, Rusiyayönlü prezidentdirmi” sualına cavab verərkən, İqor Dodon deyib ki, bu səhvdir və o, Moldovayönlü siyasətçidir: "Bu gün mən bəyan etdim ki, Moldova üçün yeganə doğru yol –Moldavayönümlü yoldur. Biz Avropa Birliyi ilə assosiativ razılaşmaya malikik, MDB və YEAES ölkələri ilə münasibətləri inkişaf etdiririk və hesab edirik ki, belə siyasət Moldovanın maraqlarına cavab verir".

Ölkədəki son parlament seçkilərinə gəlincə, Moldova lideri qeyd edib ki, önümüzdəki həftə parlamentin ilk iclasını çağıracaq: "Seçkilərdə qalib gəlmiş partiyaların koalisiyasının yaradılması ehtimalı var, amma bəlkə də yoxdur. Hər halda, mən prezident kimi bu koalisiyanın yaradılmasını təmin etmək üçün mümkün olan hər şeyi edəcəyəm ki, Moldovada sabit parlament və hökumət olsun".

Virtualaz.org

Xəbərlər