2912
Dünya 11 mart — 10:31

Ölkə 4 gündür işıqsızdır, acların mağazalara hücumları başlayıb...

Venesuelada martın 7-də “El-Quri” SES-də baş vermiş qəza və partlayış (hakimiyyət bunu diversiya adlandırır) nəticəsi hələ də aradan qaldırılmayıb. Və ölkənin böyük hissəsi artıq 4-ci gündür ki, işıqsızdır.

Virtualaz.org xarici KİV-lərə istinadən xəbər verir ki, elektrik enerjisi ilə təchizatın bərpa edilməməsinə görə hakimiyyət bazar ertəsini də istirahət günü elan etməli olub. Paytaxt Karakasda isə aclar işıqların sönməsindən istifadə edərək ərzaq mağazalarını qarət edir. Polis paytaxtda supermarketə qarət məqsədi ilə basqın etməyə çalışan 50-dən çox adamı həbs edib. Onlar supermarketin pəncərələrini daşlarla sındıraraq içəri keçməyə çalışıblar. Ölkə üzrə ərzaq mağazalarının böyük əksəriyyəti işləmir.

 

Prezident postundan bütün təzyiqlərə baxmayaraq əl çəkməyən Nikolas Maduro baş verənləri ABŞ-la “energetika müharibəsi” adlandırıb. Rabitə və informasiya naziri Xorxe Rodriges elektrik stansiyasının ABŞ-dan kiberhücuma məruz qaldıqdan sonra sıradan çıxdığını deyib.

Venesuela ordusu energetika infrastrukturunu nəzarətə götürdüyünü açıqlayıb. Müdafiə naziri Vladimir Padrino Lopez bildirib ki, yüksək gərginlikli elektrik xətlərinə havadan nəzarət edilir. Habelə strateji infrastruktur nəzarətə götürülüb.

Virtualaz.org

Xəbərlər