161
Dünya 12 fevral — 19:03

Pakistanda növbəti terror

Pakistanın şimal-qərbində terror aktı törədilib. Nəticədə dörd polis nəfəri həlak olub, daha üç qanun keşikçisi yaralanıb.

İnsidentin baş verdiyi Mahra qəsəbəsinin polis rəisi Vaqa Xan bildirib ki, polisin küçədə xidmət apardığı vaxt terrorçular qanun keşikçilərinin avtomobilinə atəş açıblar. Xəstəxanaya çatdırılan yaralı polislərdən ikisinin vəziyyətinin çox ağır olduğu, ölənlərin sayının artacağı bildirilir.

AzərTAc xatırladır ki, Mahra qəsəbəsi Xeyber Paxtunxva əyalətindəki Dera İsmayıl Xan rayonunda yerləşir. Bu ərazidə son illər onlarla terror aktı törədilib.

Xəbərlər