159
Dünya 12 fevral — 11:23

Leninin mavzoleyi müvəqqəti bağlanır

Moskvada Vladimir Leninin mavzoleyi müvəqqəti bağlanır.

TASS xəbər verir ki, bu barədə ölkənin Federal Təhlükəsizlik Xidmətinin mətbuat və ictimaiyyətlə əlaqələr mərkəzindən məlumat verilib.

Məlumatda bildirilir ki, fevralın 18-dən aprelin 16-dək nəzərdə tutulan profilaktik işlərlə əlaqədar Leninin mavzoleyi ziyarətçilərə bağlı olacaq.

Qeyd edək ki, mavzoley sonuncu dəfə 2017-ci ildə profilaktik xidmət üçün bağlanıb.

Xəbərlər