350
Dünya 12 fevral — 00:50

Özbək artistlərə prezidenti tərifləmək qadağan edildi

"Özbəkkonsert"in rəhbəri Odil Abdukaxxorov ölkə artistlərini Özbəkistan prezidenti Şövkət Mirziyoyev haqda məhdedici mahnılar oxumamağa çağırıb.

Virtualaz.org bildirir ki, xəbəri "Azadlıq Radiosu"nun özbək xidməti yayıb.

Dövlət idarəsinin başçısı, hansının ki senzurasından bütün özbək artistləri keçirlər, öz yaradıcılıqlarında Mirziyoyevin obrazından istifadə edən müğənniləri tənqid edib: "Hətta prezident özü deyirdi ki, daha onun ünvanına təriflər lazım deyil".

"Sonra jurnalistlər, hansılar ki, qaşınmayan yerdən qan çıxarırlar, yazacaqlar ki, guya belə mahnıları hökumətin tapşırığı ilə ifa edirlər. Bu bizim nəyimizə lazımdır?!" – deyə Abdukaxxorov hiddətlə bildirib. O, əlavə edib ki, “Özbəkistan prezidentinin reklama ehtiyacı yoxdur".

Abdukaxxorov təklif edib ki, onlar dövlət başçısının ünvanına tərifləyici mahnılar oxumaq əvəzinə, prezidentin keçirdiyi islahatlara az da olsa töhfə versinlər.

Virtualaz.org

Xəbərlər