299
Dünya 11 fevral — 23:00

Türkiyə Aralıq dənizində neft və qaz axtarışına başlayır

Türkiyə Aralıq dənizində neft və qaz axtarışına başlayacaq.

Bunu Türkiyənin energetika və təbii ehtiyatlar naziri Fatih Dönməz deyib.

Nazir bildirib ki, tədqiqat işlərinin aparılması məqsədilə fevralın 20-də seysmik kəşfiyyat gəmisi göndəriləcək.

F.Dönməz vurğulayıb ki, hər il iki quyunun qazılması və seysmik kəşfiyyat işlərinin aparılması planlaşdırılır.

Trend xatırladır ki, bundan əvvəl Türkiyənin 2019-cu ilin ortalarınadək Qara dənizdə neft və qaz axtarışından nəticə əldə edəcəyinə ümid etdiyi bildirilirdi.

Xəbərlər