127
Dünya 13 yanvar — 10:17

Çində kömür mədəni uçdu: 21 nəfər öldü

Çinin Şansi vilayətindəki kömür mədəni uçub.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, çökmə nəticəsində dağıntılar altında qalmış 21 şaxtaçı həlak olub.

Şenmu şəhəri hökumətinin saytında yerləşdirilən məlumata görə, qəza zamanı mədəndə 87 nəfər olub. Onlardan 66-sı yerin altından sağ-salamat çıxarılıb. Göstərilən bütün cəhdlərə baxmayaraq, 21 şaxtaçının həyatını xilas etmək mümkün olmayıb.

Xatırladaq ki, mədəndə qəza şənbə günü yerli vaxtla saat 18 radələrində baş verib.

Xəbərlər