183
Dünya 12 yanvar — 23:54

Çavuşoğlu və Pompeo Suriyadakı vəziyyətlə bağlı telefon danışığı aparıb

ABŞ dövlət katibi Mayk Pompeo və Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu telefon danışığı aparıb. Rəsmilər Suriyadakı vəziyyəti müzakirə ediblər.

Bu barədə Dövlət Departamentinin rəsmi nümayəndəsinin müavini Robert Palladino bildirib.

Rəsmilər ABŞ-ın Suriyadan qoşunlarının çıxardılmasının bir hissəsi kimi iki ölkələr arasında məsləhətləşmələrin vacibliyini qeyd ediblər.

Pompeo telefon danışığında həmçinin Türkiyə-Suriya sərhədində Türkiyənin təhlükəsizlik məsələlərinin həll olunmasına ABŞ-ın sadiq olduğunu deyib. Pompeo bundan başqa ABŞ və İŞİD-lə mübarizə aparan beynəlxalq koalisiya ilə işləyən qüvvələrin də müdafiə olunmasının lazım olduğunu bildirib.

Xəbərlər