367
Dünya 12 yanvar — 21:42

Donald Tramp ABŞ-Rusiya münasibətləri barədə

Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Tramp əmindir ki, ABŞ və Rusiya bir dəfə xoş münasibətləri bərpa edə biləcəklər. Ağ Ev rəhbəri bu barədə özünün "Twitter" nikrobloqunda yazıb.

“Mən Rusiya ilə Obamadan, Buşdan və ya Klintondan daha sərt idim. Ola bilər, istənilən digər prezidentdən də daha sərt. Eyni zamanda, tez-tez deyirəm - Rusiya Federasiyası ilə yola getmək yaxşıdır, pis deyil. Mən gözləyirəm, biz nə vaxtsa yenidən Rusiya ilə yaxşı münasibətlərə malik olacağıq", - deyə Amerika lideri yazıb. 

Qeyd edək ki, ABŞ Federal Təhqiqatlar Bürosu (FTB) prezident Donald Trampın Rusiyanın xeyrinə çalışıb-çalışmamasına dair araşdırmaya başlayıb.

Xəbərlər