213
Dünya 12 yanvar — 23:25

Fransada “sarı jiletlilər”in aksiyasında 240 nəfər saxlanıldı

Fransanın müxtəlif şəhərlərində "sarı jiletlilər"in keçirdiyi aksiyada saxlanılanların sayı 240 nəfərə çatıb. RİA "Novosti" xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilir ki, onlardan 200 nəfəri həbs edilib. Qeyd olunur ki, nümayişlərdə ümumilikdə 84 min nəfər iştirak edir.

Qeyd edək ki, bu gün "sarı jiletlilər" 9-cu dəfə Fransa şəhərlərinin küçələrinə çıxıblar.

*   *   *20:44

Fransanın müxtəlif şəhərlərində "sarı jiletlilər"in aksiyasında təxminən 32 min insan iştirak edir. BFMTV telekanalı xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyindən bildirilib.

Telekanalın məlumatına görə, təkcə Parisdəki aksiyalarda 8 min nümayişçi iştirak edir.

Qeyd edək ki, bu gün "sarı jiletlilər" 9-cu dəfə Fransa şəhərlərinin küçələrinə çıxıblar. 

Daha əvvəl bildirilib ki, Parisdəki aksiyaların gedişində 40-dan çox etirazçı saxlanılıb.

Xəbərlər