483
Dünya 12 yanvar — 17:02

Parisdə güclü partlayış olub: 4 ölü, 36 yaralı

Parisdə çörək məmulatları sexində qaz sızması nəticəsində baş verən güclü partlayış nəticəsində 4 nəfər ölüb. 

"Haberturk" yazır ki, bu barədə Fransanın daxili işlər naziri Kristof Kastaner məlumat verib. 

Onun sözlərinə görə, 12 nəfəri ağır olmaqla 36 nəfər xəsarət alıb. 

Ölənlərdən 2-si yanğınsöndürəndir. 

*   *   *13:10

Fransanın paytaxtı Parisdə güclü partlayış baş verib.

“Life Shot” telegram-kanalı xəbər verir ki. hadisə şəhərin mərkəzi hissəsində çörəkbişirmə müəssisəsində baş verib.

İlkin ehtimallara görə, partlayışa qaz sızması səbəb olub.

Xəbərlər