185
Dünya 11 yanvar — 22:02

İsrail hərbçiləi ilə fələstinlilər arasında növbəti toqquşma: 1 ölü, 10 yaralı

Qəzza zolağında İsrail hərbçiləri ilə fələstinlilər arasında yeni toqquşmalar baş verib.

Virtualaz.org xarici KİV-ə istinadən bildirir ki, bu barədə Fələstin Səhiyyə Nazirliyinin sözçüsü Əşrəf əl-Kidrə məlumat verib.

Onun sözlərinə görə, 1 fələstinli qadın ölüb, 10 nəfər xəsarət alıb.

O, zərərçəkənlər arasında bir nəfər jurnalistin də olduğunu bildirib.

Xəbərlər